28 May, Khatai ave, Baku, Azerbaijan
+994558356538
hi@sil.vc

SDG Innovation Challenge

Path to Global Startup Community

“Respublika İnnovasiya Müsabiqəsi” Azərbaycan – Qoşul və ölkəmizi beynəlxalq proqramda təmsil et (Qeydiyyat davam edir)!

İnnovativ biznes ideyası və ya layihəsi  olanlar – İstanbul sizi gözləyir!

 

Beynəlxalq “Istanbul Innovation Days 2018 on #NextGenGov” proqramına birbaşa çıxış verən “Respublika İnnovasiya Müsabiqəsi” Azərbaycan 2018 innovasiya proqramına müraciətlər davam edir!

Elə indi “Respublika İnnovasiya Müsabiqəsi”-nə müraciət etməklə Azərbaycanı 2018-ci il noyabr ayında, İstanbul şəhərində keçiriləcək “Istanbul Innovation Days 2018” proqramında təmsil etmək şansını qazanın!

 

Son müraciət tarixi: 30 sentyabr, 2018

Proqram özünün öyrədici strukturuna görə proqrama qəbul olunan innovativ layihə və ideya müəlliflərinə çox vacib proqress xətti təklif edir. İndi isə gəlin “Respublika İnnovasiya Müsabiqəsi” proqramı ilə daha ətraflı tanış olaq.

 

Kimlər bu proqramda iştirak edə bilər?

İnnovativ biznes ideyasına sahib və sahibkar ruhlu hər bir şəxs bu proqrama qatıla bilər. Tələbə, sahibkar, innovativ layihə müəllifləri, müəllim, tədqiqatçı və s. peşənizdən asılı olmayaraq “Respublika İnnovasiya Müsabiqəsi” bu sahəyə maraq göstərən hərkəs üçün açıqdır. Müraciətlər ən azı bir Dayanıqlı İnkişaf Məqsədinə (SDGs) aid olan problemin həllinə yönəlməlidir.

 

Hansı ideyalarla müraciət etmək olar?

Proqrama iqtisadi, ekoloji və sosial sahələrə aid innovativ layihə və ya ideya ilə müraciət edə bilərsiniz. İstənilən bir sahəyə aid olan yeni, kreativ və orijinal ideyanız ilə elə indi müraciət edin.

 

Proqrama qəbul olan layihələri nə gözləyir?

"Respublika İnnovasiya Müsabiqəsi" 4 əsas mərhələdən ibarətdir:

 

Mərhələ 1: Kamp (Bootcamp) – 8-9 oktyabr 2018-ci il

Azərbaycan üzrə nəticələrə görə, proqrama qəbul olunan 15 innovativ layihə komandası “Sil.” innovasiya mərkəzinin mentor komandası tərəfindən 9 modul üzərində keçirilən 2 günlük intensiv kampda iştirak edirlər. Burada iştirakçılar startap qurulmasında ən vacib biznes biliklərini praktiki olaraq öz layihələri üzərində tətbiq edərək öyrənirlər.

 

Mərhələ 2: İntensiv pre-akselerasiya proqramı – 10 – 18 oktyabr 2018-ci il

İki günlük bootcamp bitdikdən sonra komandalar ölkədaxili koçinq sessiyalarına başlayırlar. Burada komandalar ekspertlər tərəfindən vacib biznes konseptləri üzərində praktiki işləyəcək, layihələrinin ilkin işlək versiyasını hazırlayacaq və özlərini ölkə finalına hazırlayacaqlar.

 

Mərhələ 3: Ölkə Finalı – 19 oktyabr 2018-ci il

Ölkə daxili koçinq sessiyalarından sonra komandalar beynəlxalq ekspertlərin də iştirak edəcəyi münsiflər qarşısında “Istanbul Innovation Days 2018 on #NextGenGov” proqramına vəsiqə əldə etmək üçün təqdimatlar edəcəklər. Ölkə finalı qalibi olan startap komandası 2018-ci ilin noyabr ayında İstanbul şəhərində keçiriləcək “Istanbul Innovation Days 2018” proqramına vəsiqə qazanacaqdır.

 

Mərhələ 4: "Istanbul Innovation Days 2018" – Istanbul, 27 – 29noyabr 2018-ci il

Ölkə Finalının qalib startap komandası dünyanın qabaqcıl investorları və ekspertlərinin iştirak edəcəyi “Istanbul Innovation Days 2018” beynəlxalq proqramında ölkəmizi təmsil edəcək.

 

Nə qazanacaqsınız?

Bu il Azərbaycandan proqrama qəbul olunacaq 15 startap komandası pre-akselerator proqramı çərçivəsində proqres edərək İstanbulda keçiriləcək qlobal proqramda iştirak vəsiqəsi və aşağıdakı mükafatlar uğrunda yarışacaqlar!

 

“Respublika İnnovasiya Müsabiqəsi” Azərbaycan Finalının mükafatları:

– “Respublika İnnovasiya Müsabiqəsi” Azərbaycan Finalı qalibi bütün xərcləri qarşılanaraq 27-29 noyabr 2018-ci il tarixlərində keçiriləcək  “Istanbul Innovation Days 2018”  proqramında Azərbaycanı təmsil edəcək!

 

Ölkə finalında ekspertlər tərəfindən ən potensiallı startap layihələri kimi seçilən 3 startap layihəsi uyğun olaraq aşağıdakı mükafatları qazanacaqlar:

 

– Birinci yer: 5,000 AZN,

– İkinci yer: 3,000 AZN,

– Üçüncü yer: 2,000 AZN.

 

– Ən yaxşı “Cleantech” təklifinin müəllifi əlavə olaraq “Sil.” innovasiya mərkəzi tərəfindən keçirilən "ClimateLaunchpad" Azərbaycan 2019 proqramına birbaşa çıxış əldə edəcək.

 

Son müraciət tarixi: 30 Sentyabr 2018-ci il

Özünüzə və ideyalarınıza güvənin və müraciət edin!

Suallarınız olarsa “Social Innovation Lab” facebook səhifəsinə yazaraq suallarınızı verə bilərsiniz.