Ahmad Rajabli 159, Saray Plaza, Baku, Azerbaijan
+994558356538
hi@sil.vc
Uncategorized

ClimateLaunchpad Azerbaijan 2022 möhtəşəm final günü ilə sona çatdı!



Sentyabrın 12-də ClimateLauncpad Azerbaijan 2022 Ölkə Finalı təqdimat tədbiri ilə başa çatdı. Finalda həm yerli, həm də xarici ekspertlərdən ibarət münsiflər heyətinin qərarı əsasında ClimateLaunchpad proqramının qalibləri elan edilib. Social Innovation Lab ClimateLaunchpad Azerbaijan 2022-nin rəsmi təşkilatçısı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi isə builki proqramın əsas tərəfdaşıdır.

 

Rəqəmsal qəbzləri tətbiq edən Recepta komandası 1-ci yerə layiq görülüb. Bio-əsaslı materialların istehsalını təklif edən GreenPack komandası 2-ci yerə, günəş panellərində innovativ həll yaradan “Atəşgah” komandası isə 3-cü yerə layiq görülüb.

 

Dünyanın ən böyük “cleantech” proqramı olan ClimateLaunchpad-in əsas məqsədi enerji səmərəliliyi, ətraf mühit və iqlim dəyişikliyi, təkrar emalı kimi mövzularda innovativ ideyalar tapmaq və bu sahələrdə həllər təqdim edən startaplar üçün rəqabət mühiti yaratmaqdır. Proqramın qalibləri Dünya Finalına vəsiqə qazanmaq üçün Regional Finalda 50 ölkənin təmsilçiləri ilə yarışacaqlar.

BİZİMLƏ ƏLAQƏ

Elə indi yazın!

Xidmətlərimiz haqqında daha çox məlumat istəyirsiniz?
Mütəxəssisimizlə söhbət etmək üçün formanı doldurun.

Gizliliyinizi qorumağa və hörmət etməyə borcluyuq və yalnız bizdən tələb olunan məlumatı təmin etmək üçün şəxsi məlumatlarınızdan istifadə edəcəyik. Burada Gizlilik Siyasəti ilə tanış olun.