Ahmad Rajabli 159, Saray Plaza, Baku, Azerbaijan
+994558356538
hi@sil.vc

Kampus Lideri Proqramı (İndi müraciət edin!)

Sil. Kampus Lideri Proqramı Azərbaycanın müxtəlif universitetlərindən olan təşəbbüskar ruhlu tələbələr üçün olub, Sil.-in səsini öz kampuslarina gətirmək və universitet tələbələrinə proqramlarımızın təklif etdiyi fürsətlərdən yararlanmaq üçün imkan yaratdığı tələbə proqramıdır.

Kampus Liderləri həqiqətən də orijinal tələbə səsidirlər. Bu, Sizin universitetinizdə Sil. markası yaratmaq, iddialı və təşəbbüskar ruhunuzu tətbiq etmək üçün bir imkandır. Bir Kampus Lideri olaraq Siz fürsət və inkişaf üçün ardınca gedilən bir tərəfdar olur, Azərbaycanda startap cəmiyyəti haqda fərqindəliyi artırır, şəbəkə imkanlarını asanlaşdırmağa və yeni üzvlüyün inkişafına kömək etmiş olursunuz.

Müraciət et

Seçim meyarları:

  • Öz-özünə başlamış, sosial, bacarıqlı və universitetdə əlaqəsi çox olan sahibkar tələbələr;
  • Liderlik, təqdimat və Sosial Media bacarığı olan tələbələr;
  • Sərbəst, aydın nitq, ünsiyyətcil;
  • Əvvəlki könüllülük təcrübəsi üstünlükdür;
  • İngilis dili biliyi üstünlükdür, amma mütləq deyil;
  • Yaxşı problem həll etmə bacarığı;

 

Biz, nüfuzlu, etibarlı, mütəşəkkil və məsuliyyətli insanlar axtarırıq.

İşin təsviri:

  • Kampus Lideri komandasının tərkibinə daxil olmaq üçün 3-5 üzvdən ibarət kampus komandası qurmaq;
  • Sil. markasını tanıtmaq və universitetdə Sil. İcmasının üzvlər şəbəkəsini genişləndirmək üçün tələbə görüşləri və təqdimat sessiyalarının təşkili;
  • Sil. və onun gənc sahibkarlar üçün yaratdığı imkanlardan danışmaq üçün tələbələrlə təkbətək görüş;
  • Sil. Kampus Səhifəsi sosial media hesablarını qurmaq və idarə etmək;
  • Tələbələrin bütün suallarına Kampusda Sil.-in əlaqə adamı olmaq.

Faydalar:

  • Sil. tərəfindən keçirilən ClimateLaunchpad və Creative Business Cup kimi beynəlxalq startap yarışlarında iştirak etmək şansı;
  • Sahibkarlar və işgüzar icma üzvləri şəbəkənizi genişləndirin;
  • Peşəkar şəbəkə və əlaqə qurmaq;
  • Sil tərəfindən müxtəlif günlərdə təşkil edilən VIP dəvətnamələr;
  • Güclü idarəetmə və təşkilatçılıq bacarıqlarını inkişaf etdirmək;
  • Liderlik və sahibkarlıq bacarıqlarını inkişaf etdirmək imkanı;
  • CV inkişafı;
  • Tövsiyə məktubu.

Kampus Lideri olmaq əyləncəli, fərqli və dəyişkən bir işdir. Biz kollec təcrübələrini kampus ziyarətçiləri ilə bölüşmək şansından həyəcanlanan tələbələri bizə qoşulmağa həvəsləndirir və müraciət etməyə dəvət edirik.

Müraciət et

Qoyun Sil. Sizin Qlobal Startap Cəmiyyətinə Gedən Yolunuz olsun!

Göndərmə ilə bağlı problemləriniz varsa və ya suallarınız varsa, “Social Innovation Lab“-in rəsmi Facebook səhifəsinə mesaj göndərməkdən çəkinməyin.

BİZİMLƏ ƏLAQƏ

Elə indi yazın!

Xidmətlərimiz haqqında daha çox məlumat istəyirsiniz?
Mütəxəssisimizlə söhbət etmək üçün formanı doldurun.

Gizliliyinizi qorumağa və hörmət etməyə borcluyuq və yalnız bizdən tələb olunan məlumatı təmin etmək üçün şəxsi məlumatlarınızdan istifadə edəcəyik. Burada Gizlilik Siyasəti ilə tanış olun.