Ahmad Rajabli 27B, Uber Plaza, Baku, Azerbaijan
+994558356538
hi@sil.vc
Araşdırma

Azərbaycanda 2020-ci ildə izlənilməli 37 startap və onlayn platforma: Koronavirus vaxtı



Koronavirusun yayılması zamanı bu platformalardan yemək, əylənmək, işləmək və evdən öyrənmək üçün istifadə edə bilərsiniz.

Son bir neçə ildir ki, Azərbaycanda startaplara marağın çox artığını müşahidə edirik. Hətta, artım və startapların əhatə etdiyi mözvular o qədər çoxdur ki, biz nə say-hesabını, nə də onların proqresini izləyə birilik.

Mövzudan bir az kənara çıxıb, biraz da koronavirusun Azərbaycandakı halından danışaq. 

Bir neçə həftədir ki, yavaş-yavaş sosial həyatımız məhdudlaşıb. İndi isə, evdən çıxa bilmirik, çıxmaq üçün icazə alırıq. Bu da gündəlik həyatda etdiyimiz məşğuliyyətlərdə çətinlik yaradır. Bir yandan əvvəl etməli olduğumuz işləri görməyə, bir yandan da bütün günü evdə oturmağın sıxıntı və stresi ilə başa çıxmağa çalışırıq. 

Karantın günlərinin nə vaxt bitəcəyini bilmirik. Bircə onu bilirik ki, biz bu günlərdən sözün əsl mənasında istifadə etməliyik. Çalışmalıyıq ki, günümüzü şəxsi inkişafa, produktiv məşğuliyyətlərə və işlərimizi onlayn da olsa bitirməyə sərf edək.

Deməli, belə. İndi isə öz mövzumuza geri dönək…

Biz Sil. olaraq günlərlə araşdırma apardıq və sizə 2020-ci ilin Azərbaycanda top 37 (və bonus olaraq 27 daha çox!) startap və platformaları təqdim edirik. Bunlar vasitəsilə, siz bu çətin karantin günlərində işlərinizi onlayn şəkildə asanlıqla başa çatdıracaqsınız. Əminlikə deyə bilərik ki, siz bu platformalardan karantin bitəndən sonra da sevə-sevə istifadə edib yararlanacaqsınlz. 

Hazırladığımız listi oxumağa sadəcə 11 dəqiqənizi ayırmaqla, gündəlik həyatda vaxtınıza çox qənaət edəcəksiz.

Buyurun, başlayaq!

 

Onlayn Təhsil

Hal-hazırda Azərbaycanda bütün təhsil müəssisələrinin – univeristetlərin, kolleclərin, məktəblərin və s. fəaliyyəti koronavirusa görə dayandırılıb. Bu isə, biliyin əldə edilməsi və şəxsi inkişaf üçün bir maneə deyil. Biz sizə bir neçə vebsayt təklif edirik, harada ki, siz evdən çıxmadan təhsil ala bilərsiniz. Unutmayın ki, ola bilər bir daha belə şans əlinizdə olmasın. Elə şans ki, həmişə öyrənmək istədiyiniz, ama vaxt tapa bilmədiyiniz bir mövzunu evdə rahatlıqla öyrənə biləsiniz. Buna görə də, gəlin vaxtımızı dəyərləndirək və ondan səmərəli istifadə edək. 

 

1. Video.edu.az 

Bu onlayn platforma əsasən məktəblilər üçün yaradılıb və bir ildən artıqdır ki fəaliyyət göstərir. Bu vebsayt sayəsində şagirdlər geri qaldıqları dərsləri onlayn olaraq öyrənə və ya sadəcə təkrarlaya bilərlər. Hər kəs video.edu.az-dan ödənişsiz istifadə edə bilər. 

Xüsusiyyətlər:

  • Ödənişsiz dərs materialları
  • Video dərslər
  • Sinif və dərsi çeşidləmə imkanı

 

2. Tandl

Tandl sizə nəinki məktəb dərsləri, həmçinin də digər IELTS, SAT və s. kimi kursları onlayn öyrənməyi təklif edir. Bu vebsayt ödənişlidir və məbləğ müəllimdən asılı olaraq dəyişir. Həmçinin, siz də Tandl-da dərslər keçərək karantin müddətində əlavə pul qazana bilərsiz. 

Təkliflər:

  • Onlayn öyrənmək və öyrətmək
  • Müxtəlif dil kursları
  • Məktəb dərsləri 
  • Excel, akademik ingilis dili kimi karyera qurmaq üçün kurslar

 

3. Innab

İnnab hər kəsin yararlana biləcəyi şəxsi inkişaf və gələcək karyera imkanları üçün kurslar təklif edir. İnnab onlayn təlimlər, sertifikatlaşdırma testləri, məlumatlandırıcı bloq yazıları və s. kimi xidmətləri təklif edir. Xidmətlərə İT sektorundan biznesə, hətta MS Office kimi professional iş həyatında vacib olan bacarıqları öyrətmək də daxildir.

Özəlliklər:

  • Dil və karyera inkişafına yararlı kurslar
  • Onlayn sertifikatlaşdırma testləri
  • Onlayn ödəniş mümkünlüyü

Oxşar platformalar: e-learn, TapÖyrən, e-resurs

 

Qida Çatdırılması

Əgər düşünürsünüzsə sevdiyiniz yemək yerlərindən uzaqdasınız, yanılırsız.  Bir neçə qida çatdırılma platformalari tapmışıq, hansı ki arzu etdiyiniz yeməkləri sevidiyiniz restoran və kafelərdən sizin qapınıza çatdıracaq.

 

4. Wolt

Wolt Azərbaycanda da ən tanınmış yemək çatdılırması üçün mobil tətbiqdir. Etməli olduğunuz tək şey Wolt mobil tətbiqini yükləmək, və ilkin olaraq bonus 6 manat qazanmaqdır. Bilirsinizmi, siz Wolt mobil tətbiqini dost və tanışa “məsləhət görməklə” daha 6 manat qaza bilərsiniz?

Özəlliklər

  • Geniş restoran, kafe çeşidləri
  • Başlanğıc olaraq bonus 6 AZN
  • Dosta yönləndirməklə bonus qazanmaq
  • Yenilik: artıq Wolt işçiləri heç bir təmas olmadan yeməyi qapınıza çatdırır

 

5. Viva Dessert

Uzun müddət evdə qaldıqca istər-istəməz depressiv hiss edə bilərik. Buna görə də, diyetamızdan biraz kənara çıxıb şirniyyat yesək bizə xoş təsir bağışlayacaq. Viva Dessert yəqin ki sizə tanışdır. Evdən çıxmadan vebsaytdan və ya mobil tətbiqlərdən istifadə edərək sevdiyiniz şirniyyatı evinizə sifariş edə bilərsiniz. 

Təkliflər:

  • Bakı ərazisində pulsuz çatdırılma
  • App Store və Play Store mobil tətbiqləri

 

6. Hungry.az

Nə vaxt ac olsanız, evdə bişirməyə həvəsiniz və ya vaxtınız olmasa, Hungry.az köməyinizə yetişəcək. Restoran və kafelərdən savayı, hungry.az sizə marketdən ərzaq alış-verişi də təklif edir. Əlavə olaraq günün hansı saatında çatdırılma istəsəz, əvvəlcədən qeyd edə bilərsiniz. 

Özəlliklər:

  • Sifarişinizi izləmə şansı
  • Geniş çeşidli restoran, kafe və supermarketlər
  • App Store və Play Store mobil tətbiqləri

 

7. Nuush.az

Nuush.az da tapdığımız digər yemək çatdırılma servisidir. Bu platformanın sevdiyimiz cəhəti odur ki, saytda milli mətbəxləri çeşidləmək olur. Beləliklə də, arzu etdiyiniz yeməyi daha tez tapırsınız. Nuuush.az da ərzaq alış-verişi xidmətini təklif edir.

Özəlliklər:

  • Restoranlari əraziyə uyğun göstərmək
  • Avropa, Asiya, Türk və milli mətbəxləri çeşidləmək
  • Ərzaq aliş-verişi

Seçim olaraq, siz FoodOrder, Acqalma.az, Metbexler.az, və NyamNyam.az platformalarını da nəzərdən keçirə bilərsiniz. NyamNyam.az yeməkləri birbaşa restoran və ya kafedən sizə çardırmasa da, sizə yaxın çatdırılma xidməti olan yemək məkanlarını göstərir.

 

Baqqaliyə və Ərzaq Çatdırılması

Bildiyiniz kimi, bol tərəvəz yemək immunitet sistemini gücləndirir. Evdə qalaraq fast food yeməkdən yayına bilə və tərəvəz üstünlüklü yeməklər bişirə bilərsiniz. Bu bölmədə, biz sizə Azərbaycanda baqqaliyə və ərzaq çatdırılma xidmətlərini təklif edirik.

 

8. Kənddən Şəhərə

Sizdə də elə vaxtlar olurmu ki, işlənmiş və fast food qidalardan bezəsiniz? Bəlkə də, indiki şəraitdə fast food restoranlarının bağlı olmasından yararlanıb, sağlam həyat tərzinə keçməkdə Kənddən Şəhərə-nin böyük təsiri olacaq. Kənddən Şəhərə sizə bol çeşidli tərəvəz məhsullarından tutmuş quru meyvələrə, süd məhsullarına kimi təklif edir. 

Təkliflər:

  • 20 AZN-dən çox alış-verişə pulsuz çatdırılma
  • Qapıda və ya onlayn ödəniş
  • Geniş çeşiddə məhsullar

 

9. Mr.Bee

Limon və bal qarışığının metabolizmanı və immuniteti güləndirdiyini bilirdinizmi? Sağlamlığınızı qorumaq üçün Mr.Bee sizə bal və mütəlif bal məhsul və qarışımlarından istifadə etməyi təklif edir. 

Təkliflər: 

  • Bal və bal qarışımı məhsulları
  • Arıçılıq avadanlıqları
  • Bakı ərazisində pulsuz çatdırılma
  • 10-15% endirim və cashback 
  • App Store və Play Store mobil tətbiqləri
  • Sürətli kömək üçün canlı çat

 

10. Aqrar.az

Aqrar.az nəinki baqqaliyə məhsulları, həmçinin də müxtəlif toxumlar, ağaclar, gübrələr – qısaca kənd təsərrüfatı dedikdə ağlınıza gələ biləcək hər növ məhsulları təklif edir. Bəlkə də karantin müddətində yeni bir hobbi ilə məşğul olasınız – öz organik məhsulunuzu öz həyətinizdə yetişdirəsiniz, hm?

Təkliflər:

  • Kənd təsərrüfatı malları
  • Səbzəvat, ət və süd məhsulları
  • Avtotexnika və digər ferma avadanlıqları
  • Damazlıq heyvan alış-verışı və baxım təklifləri
  • Torpaq sahələri

Oxşar seçimlər: Bazardan, Neptun.

 

11. Baliqal.az

Dəniz məhsulları əsasən da balıqlar vitamin D və B2 ilə, kalsium və fosforla, maqnezium və potassium kimi bir çox minerallarla zəngindir. Baliqal.az sizə geniş çeşiddə dəniz məhsulları və müxtəlif balıq yeməkləri – konserv, hisə verilmiş balıqlar və b. Təklif edir. 

Təkliflər:

  • Sağlam fast food: “balık ve ekmek”
  • 200-dən çox dəniz məhsulları
  • Onlayn və ya WhatsApp ilə sifariş

 

Onlayn Alış-veriş Platformaları

Onlayn “ticarət mərkəzləri”-nin ən yaxşı cəhətlərindən biri odur ki, əsas da indiki karantin şəraitində, sizin evdən çıxmamağınıza şərait yaradır. Bu bölmədə də sizə fərqli məhsul təklif edən onlayn alış-veriş platformlarını təklif edirik. Siz yetər ki #evdəqalın

 

12. Nom 

Naxçıvan Onlayn Market Naxçıvanda qurulan ilk onlayn ərzaq alış-veriş mərkəzidir.

Özəlliklər:

  • Ərzaq
  • Çatdırılmanı izləmə şansı
  • 10 dəqiqə ərzində çatdırılma
  • 24/7 işləməsi
  • Onlayn ödəniş

 

13. Neomart.az

Neomart onlayn meqamarketdir və yüzlərlə məhsul təklif edir. Burada siz ərzaq və ev üçün axtardığınız hər bir məhsulu kateqoriyalar üzrə asanlıqla tapıb sifariş verə bilərsiniz.

Kateqoriyalar:

  • Ərzaq, qida
  • Qeyri-qida, xırdavat
  • Meyvə və tərəvəz
  • Heyvan qidaları
  • Spirtli və spirtsiz içkilər
  • Kampaniyalar 

 

14. Bart.az

Bart.az az yeni və ikinci əl məhsulların alışı və satışını və barter olunmasını təklif edir. 

Təkliflər:

  • Məhsulların barter, alış və satışı
  • Kateqoriyalara daşınan və daşınmaz əmlak, biznes, avtomobil və b. aiddir 
  • VIP reklamlar mövcuddur
  • Play Store mobil tətbiqi

Alternativ seçim: VERGUL.az – saytında siz yeni və ikinci əl məhsulları ala, sata və barter edə bilərsiniz. Hətta, məhsulu bəyənmədiyinizdə, qaytara da bilərsiniz. Mobil tətbiq Play Store-da mövcuddur.

 

15. Ali & Nino

Karantinin ən yaxşı tərəfi bilirsinizmi nədir? Kitab oxumaq! Ali & Nino kitabqurdlarına Azərbaycan və dünya ədəbiyyatına aid yüzlərlə kitab təklif edir.

Təkliflər: 

  • Azərbaycan, Türk, Rus, İngilis və digər dillərdə kitablar
  • Məktəb və ofis ləvazimatları
  • Oyunlar, oyuncaqlar və hədiyyələr 
  • Musiqi, elektronika və b.

Alternativ seçim olaraq Kitab Evi-ni də nəzərdən keçirə bilərsiniz. Çatdırılma xidməti 1 AZN-dən başlıyır və 30 AZN-dən çox alış-verişə pulsuz çatdırılma təklif olunur. Oxşar olaraq, Grafika da məktəb və ofis ləvazimatları, hədiyyələr və elektronika təklif edir.  

 

16. Mestan.az

Əziz valideynlər, yaxın əyləşin, bu bölümü sizin üçün fikirləşmişik. Uşaqlarla vaxt keçirmək çox gözəldir, ama elə vaxtlar olur ki, biz dözülməz həddə əsəbləşirik. Onları və özünüzü sakit və xoşbəxt eyməyin yolu isə onları məşğul saxlamaqdır. Siz onlara müxtəlif oyuncaqlar almaqla həm onları sevindirəcəksiz həm də məşğul saxlayacaqsız.

Özəlliklər:

  • Hədiyyələr, kitablar, çantalar, oyun və oyuncaqlar və s. 
  • İnkişafetdirici vasitələr 
  • 30-dan çox brend
  • Evə çatdırılma

Siz Supertoys-da da hər növ uşaqlar üçün məhsullar tapa bilərsiniz. Əlavə olaraq, Supertoy.az-da mini maşınlar, velosipedlər və seqveylər də var. 

 

17. Unimall

Unimall onlayn ticarət mərkəzidir. Siz bu saytda sizə lazım olan həri şeyi tapa bilərsiniz. Kosmetika, mebel, əl işləri, tibbi məhsullar, qida-ərzaq, idman qıdaları və daha çox!

Xüsusiyyətlər:

  • Yüzlərlə brend
  • Vebsaytda canlı söhbət
  • Play Store-da mövcuddur

Alternativ: sezam.az, usel.az, shop.az, aldim.az

 

18. eSport.az

Qoymayın ki, evdə qalmaq sizi idmanla məşğul olmaq və sağlam həyat tərzindən məhrum etsin. eSport.az idmana aid hər cür geyim və ləvazimat təklif edir. Onlarda hətta bilyard stolu da var! 

Təkliflər:

  • İdman geyimləri
  • Məşhur idman brendəri
  • Məhsulu 14 gün ərzində dəyişdirmə və qaytarma
  • Evə çatdırma
  • Whatsapp ilə danışıq

 

19. Buket.al

Karantinə görə sevdiyiniz adama buket ala bilmirsiz? Narahat olmayın, sadəcə buket vermə səbəbinizi qeyd edin (üzr, ad günü, yubiley və s.) və izin verin buket.al sevdiyiniz şəxsə ən gözəl gül buketini hazırlasın. 

Özəlliklər:

  • Bakı ərazisində pulsuz çatdırılma 
  • Asanlıqla qiymət və gül seçimi 
  • Vebsaytda canlı danışıq

 

20. Omid.az

Omid onlayn mağazasında siz evə aid ağlınıza gələ biləcək hər bir məhsulu tapa bilərsiniz. İnşaat materialları, divar kağızları, məişət malları, bağ-bağça və sair və ilaxır! 

Təkliflər:

  • Onlayn və ya zəng ilə sifariş
  • Geniş kateqoriya
  • Brend çeşidləri
  • Məhsulun qaytarılma və ya dəyişdirilməsi
  • Mağazaların xəritədə göstərilməsi

 

21. Selhome

Selhome kiçik və böyük ev mebelləri, mətbəx və süfrə avadanlıqları, dekor əşyaları və evə aid digər hər şeyi təklif edir. Bundan əlavə, selhome-un Azərbaycan milli naxışlarıyla bəzədilmiş məhsulları da var.

Özəlliklər:

  • Endirim və hədiyyə kartları
  • 49.90 AZN-dən yuxarı alış-verişə pulsuz çardırılma
  • Kömək üçün canlı danışıq

Mebel üçün ehome-a da müraciət edə bilərsiniz. Onlar hər növ mebel hazırlanması və quraşdırılması ilə məşğuldurlar. 

 

22. BeeHappy.az

Düzdür, bilirik, bu məhsullar sizə yox əmiuşağınıza lazımdır 😉 . Kimliyindən asılı olmayaraq, hər birimizin BeeHappy.az-da olan məhsullara ehtiyacımız ola bilər, və var. Burada olan məhsullar şəxsi gigiyena və bir çox keçici xəstəlikdən qorunmaq üçün vacibdir. BeeHappy.az məhsullardan əlavə öz bloqunda sizə faydalı və bilməli olduğunuz dəyərli məlumatlar paylaşır. 

Təkliflər:

  • Faydalı məlumatlar
  • 100% gizlilik
  • 100 AZN-dən yuxarı alış-verişə pulsuz çatdırılma
  • Məhsulların qaytarılması və dəyişdirilməsi
  • Onlayn və ya qapıda ödəniş sistemi.

 

Dərman və Həkimlər 

Bildiyiniz kimi, artıq aptekə getmək üçün də lazımi yerə SMS göndərməliyik. Və elə ola bilər ki, evdən çıxmaq üçün bir saat gözləməli olaq. Amma ki, onlayn apteklər ola-ola, niyə də evdən çıxaq? Bu bölmədə sizin üçün bir neçə onlayn aptek və həkim konsultasiya xidmətləri verən platformalar ayırmışıq.  

 

23. Tabletka.az

Tabletka.az sizə dərmanların qiymət və sistemdə mövcudluğuna uyğun olarq axtarış imkanı yaradır. Bundan əlavə, bu platformada sizə yaxın olan aptektləri görə bilərsiniz.

Özəlliklər:

  • Dərmanların və sizə yaxın apteklərin axtarışı
  • Evə çatdırılma
  • Dərmanların Azərbaycan, İngilis və Rus dilində təsviri
  • Dərman qəbulunu xatırladan alarm
  • Play Store-da mövcuddur

Alternativlər: DərmanTap, Aptekstore, Məlhəm, Aptekonline

 

24. Medx

Medx Azərbaycanda tibbə aid ilk onlayn platformadır. Burada siz, sizə yaxın klinikaları və həkimləri axtara və onlayn konsultasiya üçün müraciət edə bilərsiniz.

Təkliflər:

  • Həkim və klinikaların axtarışı
  • Həkimlərlə ödənişsiz onlayn konsultasiya
  • Onlayn sual və cavab – forum 
  • Play Store-da mövcuddur

 

25. E-tibb

Bu platformada siz tibblə və sağlamlıqla bağlı ən son xəbərləri, apteklər, klinikalar və həkimlər haqda axtarış edib haqqında məlumatlar əldə edəbilərsiniz. Bunlardan əlavə, e-tibb mövcud olan aksiya və endirmlərdən də sizi xəbərdar edir. Həmçinin də, siz ehtiyacı olanlara qan verə bilərsizniz. 

Özəlliklər:

  • Xəstəlik və həkimləri açar sözlərlə tapmaq
  • Həkimlərlə onlayn konsultasiya
  • Klinika və hospitallar haqda məlumat
  • Apteklər
  • Qanvermə
  • Endirim və kampaniyalar haqda bildirim

 

Onlayn Ödəniş, Hüquq və Bank

Siyahımızın ardı Azəybaycanda olan onlayn ödəniş, hüquq və bank xidmətləri təklif edən startaplara aiddir. Bu fintech startaplar sizə bir çox işi onlayn görmək üçün asan şərait yaradır. 

 

26. ExpressPay

2013-cü ildə əsası qoyulmuş ExpressPay sizə həm terminallarla, həm də mobil tətbiq vasitəsilə ödəniş etmək imkanı yaradır. ExpressPay-i fərqli edən cəhətlərdən də biri odur ki, o ən sürətli pul köçürmələri və ödəniş etməyi təklif edir.

Təkliflər:

  • 24/7 onlayn ölkədaxili pul köçürmələri
  • 300-dən çox yerə ödəniş imkanlari
  • App Store və Play Store-da mövcuddur
  • İrad və təkliflərinizi bildirə bilrsiniz

 

27. Hesab.az

Hesab.az-da demək olar ki, Azərbaycanda mövcüd bütün növ ödənişləri sürətli şəkildə həyata keçirə bilərsiniz. 

Təkliflər:

  • Demək olar bütün növ mobil, kommunal, dövlət, və bir çox ödəniş imkanları 
  • Mövcud alış-veriş endirimləri haqda məlumatlar
  • App Store və Play Store-da mövcuddur

 

28. E-pul.az

E-pul.az sizə sürətli onlayn ödəniş fürsəti təklif edir. Bu platformada daha sonra ödəniş tarixçəsinə baxmaq mümkündür.

Təkliflər:

  • Bonus qazanmaq şansı
  • Daha sürətli və təhlükəsiz ödəmişlər üçün virtual karta sahib olmaq fürsəti
  • App Store və Play Store-da mövcuddur

Alternativlər: ASANpay, MilliÖn App 

 

29. Huquqi.az

Huquqi.az elektronik hüquq xidmətlərini əlinizə gətirir.

Özəlliklər:

  • Məhkəməyə müariət
  • Müqavilələrin tərtibi
  • Hüquqşünaslarla məsləhət: insan resursları və müavilə
  • Biznes xidmətləri: biznesə başlama və sənəd işləri
  • Hüquqşünas qeydiyyatı

Digər seçim olaraq Huquq.online platformasından da yararlana bilərsiniz. 

 

30. Banco

Banklar haqqında hər şeyi siz bu saytda tapa bilərsiniz – terminlərdən tutmuş bankçılıq kurslarına qədər. Xidmətlərə isə, kredit sifarişi, əmanətlər, nağd kreditlər, taksit kartlar və b. aiddir. Ən əsası da odur ki, bütün bu xidmətlərdən yararlanmaq üçün evdən çıxmağa ehtiyac yoxdur! 

İnformasiya və təkliflər:

  • Banklar, sığorta, vakansiya
  • Məzənnə, xəbərlər və gündəm 
  • Kurslar
  • Araşdırmalar
  • Investisiya 

 

Kuryer, Çatdırılma və Pickup Xidmətlər

Son illərdə Azərbaycanda kuryer, yük daşıma və çatdırılma xidmətlərinin sayı artıb. Siz evdə qalmaqla, bu bölmədə qeyd etdiyimiz xidmətlərdən biri ilə əlaqə saxlayıb, işinizi etibarlı əllərə əmanət edə bilərsiniz. Gəlin bu platformalara bir yerdə baxaq.

 

31. Runner

Runner innovativ imkanlardan istifadə edərək, sizə ən yaxın kuryeri təyin edir. Bunun sayəsində də çatdırılma tez bir zamanda həyata keçirilir. 

Özəlliklər:

  • Onlayn ödəniş və izləmə
  • Çatdırılma haqda SMS və e-mail bildirimləri
  • Şəxsi əşyaların və rəsmi sənədlərin çatdırılması
  • 40 dəqiqə ərzində çatdırılma
  • App Store və Play Store-da mövcuddur

 

32. *7575 – VipServis.az

VipServis.az-də iki növ kuryer xidməti mövcuddur: Vip kuryer və vip sürücü. Həftənin və günün istənilən saatı *7575-ə zəng edərək sərfəli qiymətlərlə istənilən əşya və ya sifarişi şəhər daxili və kənarı ərazilərə çatdıra bilərsiniz.

Təkliflər:

  • Urban and suburban çatdırılma
  • Baqqal, ərzaq, restoran, fast food, aptek – hər şey üçün alış-veriş
  • Gül, hədiyyə və parfümeriya alış-verişi və çatdırılması
  • Məktub və rəsmi sənədlər
  • 25-40 dəqiqə ərzində çatdırlıma
  • 24/7 xidmət

Alternativ olaraq siz 11 DeliveryVelokuryer xidmətlərindən də yararlana bilərsiniz. Əlavə olaraq Velokuryersizə velo-təlimlər təklif edir, bununla da siz komandanın bir üzvü ola bilərsiniz…

 

Fitness, Biş-düş 

Karantin müddətində qazandığınız bir neçə kiloqramın sizi narahat etməsinə izin vermıyin. Don’t let gaining a few extra pounds freak you out. Bu bölmədəki listimiz fitnes və bişirməyə aiddir, bu platformalar sayəsində siz sağlam yemək reseptləri öyrənə və evdə idman edə bilərsiniz. 

 

33. Ləzzət -Milli yemək reseptləri

Bu mobil tətbiq si.ə Türk və Azərbaycan milli mətbəxinin reseptlərini və hazırlanma qaydasını təklif edir. Bu reseptlərə az kalorili yeməklər, uşaq menyuları, şirniyyat, və s. aiddir. 

Reseptlər:

  • Milli və Türk mətbəxi
  • Uşaq menyusu
  • Dietik yeməklər
  • Mürəbbə və şorabalar
  • Play Store-da mövcuddur

 

34. FIT 2 BEST

Müntəzəm idmanla məşğul olmaq immunitet sistemini gücləndirir, əhval-ruhiyyəni qaldırır, sizə enerji verir və daha qərarlı olmağınıza köməklik edir. FIT 2 BEST video məşqlər və qidalanma məsləhətləri verir. Unutmayın ki, idman üçün hər zaman vaxt tapılır, xüsusilə də karantin günlərində. Ona gorə də, bəhanə etməyin, fit bədənə və sağlam ruha sahib olun! 

Mobil tətbiq özəllikləri:

  • Peşəkar məşqçilərdən onlayn dərs alma
  • Addımları, içdiyiniz su miqdarını və proqresi göstərir
  • Qidalanma, video təlimlər – yoga, və s.
  • Sizə yaxın məşq zallarını göstərir və onlayn abunəlik təklif edir
  • App Store və Play Store-da mövcuddur

 

Ev Xidmətləri

Evdə qalmağımızdan, karantin rejimindən asılı olmayaraq bizim hər zaman ev işləri üçün köməyə ehtiyacımız olur. Bu xidmətlərə təmir, ev işləri, yük daşıma, ev heyvanı baxıcılığı və sairə və ilaxır aiddir.  

 

35. Blink 

Blink geniş xidmətləri – kuiyer və çatdırılma, təmir, şəxsı baxım – gözləllik, və s. sizə bir göz qırpımında tapmağa kömək edir. Bununla yanaşı, Blink sizə şərait yaradır ki, asudə vaxtlarınızı pula çevirəsiniz. 

Təkliflər:

  • İşçi və iş elanları
  • Hər növ xidmət 
  • Tezliklə App Store və Play Store-da

 

36. Çağır Gəlsin

Bu onlayn platformada bir çox fərqli ev və şəxsi qulluq xidmətlərini təklif edir. 

Məsələn, “çay yoldaşı” adlandırdıqları bir xidmət var ki, danışmağa heç kiminiz olmayanda bu xidmətdən istifadə edib sizi yoran düşüncılərdən xilas ola bilərsiniz. Bundan əlavə, məişət, dayəlik, masaj, bərbər kimi də xidmətləri təklif edir. Siz də, bu saytda qeydiyyatdan keçərək işləyə bilərsiniz. 

  • Sadəcə onlayn əlaqə
  • Geniş ev və şəxsi xidmətlər
  • Ev heyvanı xidməti

 

37. Mylaundry.az

Bilirik ki, karantin günlərində siz evdə şəxsi inkişafla – onlayn kurslar, təlimlər, idman və s. ilə məşğul olacaqsınız. Əgər səhv bilirkə, onda siz sıxıcı ev işləriylə məşğul olacaqsız və ya heçnə ilə, beləliklə də vaxyınızı boşa sərf edəcəksiniz. Biz bunu nəzərə alıb, sizə çamaşırxana xidmətlərini təklif edirik. Mylaundry.az bütün çamaşır işlərinizi görərək sizin vaxtınıza qənaət etməyə kömək edəcək.

Təkliflər:

  • Çamaşırları evən götürmə və təhvil etmək
  • Quru və yaş təmizləmə
  • Dərzi və ütü 
  • Boyama
  • Xidmət üçün zəng etməyiniz kifayətdir.

 

Social Innovation Lab məsləhət görür ki…

Doğrudur, Azərbaycan çətin perioddan keçir. Sanki yuxudayıq və oyananda hər şey bitəcək kimi bir hiss var. Karantin rejiminə gərək evdə dincəlmək və özümüzü inkişaf etdirmək üçün şans kimi görməliyik. Əksini etsək normal həyatımıza qayıdanda əlimizdə stres və itirdiyimiz vaxtdan başqa heç nə olmayacaq. Bu günlər də keçəcək, nə vaxt keçəcəyini isə bilmirik. Əsas odur ki, sağlam psixologiyaya sahib olaq və heç bir işimizdə geridə qalmayaq. Bu karantin rejimi müddətində gərək sadəcə özümüzü inkişafa və işimizə fokuslanaq çünki günün sonunda bizə qalan sadəcə onlar olur. 

Günlərlə vaxt sərf etdik və 2020-ci ildə Azərbaycanda 37+27 startap və platformalar adlı list hazırladıq. Bunlar sizə karantin günlərində heç bir işinizdə geri qalmamaqda böyük köməklik göstərəcək. Listə daxil etdiyimiz platforma və startaplar ölkədə hər birimizdən bir “əhsən!” eşitməyə layiqdirlər. Onlara dəstək və minnətdarlığımızı bu postu dostlarımızla paylaşmaqla və daha çox adamın bilməsini təmin etməklə göstərə bilərik. 

Sizə tanış olmayan startap və platforma çıxdımı? Karantin vaxtında ən çox işinizə yarayan platforma hansılardir? Listdə hansı vacib startapı unutmuşuq?  Rəy bildirməklə listdə olan fikirlərinizi və ya çatışmazlığı bizə bildirsəz məmnun olarıq!

Müəllif

Nərminənin rəqəmsal marketinq, jurnalistika və kopirayterlik sahəsində 5 ildən çox təcrübəsi var. Social Innovation Lab üçün uzun formatlı hekayələr yazmaqda ixtisaslaşmışdır. Startaplar, texnologiya və insan-hekayələri onun əsas maraq sahəsidir. Ona narmina@sil.vc ünvanında yaza bilərsiniz.

 

BİZİMLƏ ƏLAQƏ

Elə indi yazın!

Xidmətlərimiz haqqında daha çox məlumat istəyirsiniz?
Mütəxəssisimizlə söhbət etmək üçün formanı doldurun.

Gizliliyinizi qorumağa və hörmət etməyə borcluyuq və yalnız bizdən tələb olunan məlumatı təmin etmək üçün şəxsi məlumatlarınızdan istifadə edəcəyik. Burada Gizlilik Siyasəti ilə tanış olun.