
Creative Business Cup
yaradıcı sənayelər / musiqi / moda / rəssamlıq
Creative Business Cup sahibkarları yaradıcı sənayelərdə dəstəkləyir, onları investor və qlobal marketlərlə əlaqələndirir, innovativ məhsulların sənayedə və cəmiyyətdə faydasını gücləndirir. Ətraflı burada
Növbəti qəbul üçün müraciətlər tezliklə elan olunacaqdır.

NewSpace Accelerator
kosmik sənaye / digər sənaye sahələri üçün kosmik həllər
NewSpace kosmik sahədə ilkin mərhələdə olan startaplar üçün proqram olub, texnoloji, sənaye və biznes rəhbərliyi və aparıcı beynəlxalq kosmik texnologiya şirkətləri ilə işləmək və toxum investisiya fürsəti təklif edir. Ətraflı burada.
Növbəti qəbul üçün müraciətlər tezliklə elan olunacaqdır.

Respublika İnnovasiya Müsabiqəsi
DİM / təsir / philtech
Respublika İnnovasiya Müsabiqəsi dayanıqlı inkişaf sahəsində olan startaplar üçün hazırlanmış 2 aylıq intensiv proqramdır. Proqram 10,000 AZN dəyərində maliyyə dəstəyi təklif edir və ən yaxşı 2 startap Estoniyada keçirilən "sTARTUp Days" tədbirində iştirak üçün tam sponsorluq qazanır. Ətraflı burada.
Növbəti qəbul üçün müraciətlər tezliklə elan olunacaqdır.

ClimateLanchpad
təmiz texnologiya / yaşıl biznes
ClimateLaunchpad dünyanın ən böyük təmiz texnologiya programı və yaşıl biznes müsabiqəsidir. Onların iqlim dəyişikliyinə ünvanlanan missiyası dünyada təmiz texnologiya potensialına yol açmaqdır. Ətraflı burada.
Müraciət üçün son tarix 26 iyun 2022. İndi müraciət et.

Future Agro Challenge
Qida/ Aqrar texnologiya / Kənd təsərrüfatı
Future Agro Challenge (FAC) ən böyük qlobal təşəbbüs olub, maliyyələşdirilə bilən qida, aqrar texnologiya və kənd təsərrüfatı sahələrində sağlam gələcək üçün həll yolları təklif edən startapları kəşf edir. Ətraflı burada.
Növbəti qəbul üçün müraciətlər tezliklə elan olunacaqdır.