Ahmad Rajabli 159, Saray Plaza, Baku, Azerbaijan
+994558356538
hi@sil.vc
Startap Hekayə

15 Yaşlı Reyhan Camalova Forbes 30 Under 30 List-ində Yer Aldı!



Keçən il Forbes 30 Under 30 2017-də ən perspektivli sahibkarlardan biri olaraq, 2016-cı ilin finalçısı Chrysalix Technologies-i seçəndə bizə elə gəldi ki, bundan böyük sevincimiz ola bilməz. İndi isə görürük ki, imkansız heç nə yoxdur. Bu il bizim ən gənc iştirakçımız, ancaq parlaq gənc sahibkar və yenilikçilərin olduğu həmin listdə yer alıb.

Bəli, biz Rainergy-nin qurucusu və CEO-su Reyhan Camalova haqqında danışırıq. Qısaca izah etsək, Rainergy yağış suyundan elektrik istehsal edir. 

Reyhan indi 15 yaşındadır, ilk dəfə ClimateLaunchpad-ə qoşulanda isə sadəcə 14 yaşı var idi. ClimateLaunchpad Azərbaycanda Sil. tərəfindən icra olunan dünyanın ən böyük yaşıl biznes ideya müsahibəsidir. Sil.-in xüsusilə diqqət yetirdiyi cleantech sahəsində göstərdiyi səy ilə Reyhan bizi çox qürurlandırdı. Onunla əlaqə saxlayıb onu qazandığı uğura görə təbrik etmək və möhtəşəm ideyası üçün təşəkkür etməyi özümüzə borc bildik və düşündük ki, bizim 2017-ildəki müsabiqəmizdən sonra nə işlər gördüyünü soruşub öyrənmək bizim məsuliyyətimizdir.

 

Və beləliklə, biz Reyhan Camalova ilə əlaqə saxladıq. Buyurun, onunla etdiyimiz xoş söhbətlə siz də şahid olun.

Təbriklər! Forbes-un listində olmaq necə hissdir?

“Möhtəşəm və həyəcan verici hisdir. Həm özümü çox xoşbəxt hiss edirdəm, həm də qürur hissi keçirirəm. Çünki, ilk öncə 2,000 iştirakçı arasından seçilmişəm. İkincisi və ən təəccüblüsü də odur ku, birinci dəfədir ki, 30 Under 30 listində Azərbaycan təmsil olunub. Və bu, məmin tərəfimdən olub.”

Bunların hamsı necə baş verdi?

“Mən 2017-ci ildə Hindistanda ABŞ Höküməti tərəfindən keçirilən Qlobal Sahibkarlıq Sammitində iştirak etdim. Ondan sonra, Forbes 30 Under 30 mənimlə əlaqə saxladı və bildirdi ki, namizəd seçilmişəm. Onlar mənə müraciət formu göndərdilər, mən də qeydərimi etdim. Bu il martda isə mənim seçilməyim barədə mənə elektron məktub göndərdilər.”

Bir fikir sahibi olmaqdan Forbes-un listində olmağa qədər uzun bir yol getdin. ClimateLaunchpad-ə qoşulduqda hansı mərhələdə idin?

“Climatelaunchpad-a qoşulduğum zaman ağlımda sadəcə bir fikir var idi – Rainergy. Üç ay ərzində komandam və ClimateLaunchpad mentorları (Casur Həsənov, Leyla Tağızadə, Asif İbrahimov) ilə işlədim. Biz, onu ideyadan prototip mərhələsinə qədər inkişaf etdirdik. Rainergy yağışdan enerji əldə edən ağıllı bir generatordur. Piezoelektrik kristallar, kristaldakı xarici təzyiqi elektrik cərəyanına çevirmək üçün unikal xüsusiyyətə malikdir. Yağış piezoelektrik kristallara düşəndə, yağış damlalarının təzyiqi əslində az miqdarda enerji verir.

Rainergy’in ilkin prototipi 22 Vt güc istehsal edir və 22 LED lampaya qədər işıq verir. Piezoelektrik yağış generatorları cəmi 25 mikro vatt gücündə enerji istehsal edərkən, bizim model oxşar sistemlərlə müqayisədə daha səmərəlidir. Həmçinin də batareyaların köməyi ilə akkumulyatorda enerjini saxlayır. Beləliklə də, ümumiyyətlə yağış olmasa belə istifadə oluna bilir. Bundan əlavə, Rainergy elektrik enerjisinin istehsalı zamanı CO2 tullantılarının həcmini hər KVt / saatda 10 q-a endirir. Bu digər alternativ enerji həlləri ilə müqayisədə isə çox azdır.”

ClimateLaunchpad sizə və şirkətinizə necə kömək oldu?

“2017-ci ilin aprel ayında Sosial İnnovasiya Laboratoriyasının nümayəndəsi – cənab Jasur məktəbimizə gələrək ClimateLaunchpad haqqında danışmışdı. Cəsur müəllimin çıxışı bu fikri tapmaqda çox kömək olmuşdu. Və beləliklə, dostum Zəhra ilə müraciət etmək qəraına gəldik. Zəhra ilə müsabiqə boyu bir komanda kimi işlədik. Biz müraciət etdik və seçildik. Bu fikir ağlıma gələndə ilk vaxtlar ailəmdən başqa heç kim inanmırdı. ClimateLaunchpad ailəsinə qoşulduq və burada mentorlarımız bizə çox ilham verdi. Bu ideya üzərində çox çalışdıq və mentorlarımızın köməkliyi ilə onu ideyadan prototip mərhələsinə keçirdə bildik. Deyə bilərəm ki, 14 yaşlı bir şagird kimi biznes – iş haqqında heç nə bilmirdim. Bu barədə Climatelaunchpad-da çox şey öyrəndim, inanılmaz komandalarla tanış oldum və şəbəkəmi genişləndirdim. İndi isə qazandığım bu uğurlara görə Climatelaunchpad-a təşəkkür edirəm.”

Milli Finaldan bəri vəziyyət necədir?

“Bizim Milli Finalımız avqustun 5-i, 2017-ci il idi. Möhtəşəm idi. 3 ay davam edən qızğın çalışmadan sonra, piçimiz mükəmməl keçdi və biz Tamaşaçının Sevimli Startapı Mükafatına layiq görüldük.”

Rainergy ilə 2018-ci ilə olan planlarınız nədir? Növbəti addımlarınızı həyata keçirmək üçün nələr etməlisiniz?

“Patent üçün müraciət etmişik və hələ ki, proses davam edir. Həmçinin, Alternativ və Bərpa olunan Enerji üzrə Azərbaycan Respublikası Dövlət Agentliyinə də müraciət etmişik və hal-hazırda şərtlərimiz üzərində danışıqlar aparılır. 2028-ci il üçün əsas məhsulun səmərəliliyini artırmaq və gələcək üçün inkişaf etdirməkdir. 

Sifarişiniz və ya ödəniş edən müştəri artıq var mı?

“Hələ ki, yoxdur. Əslində Rainergy prototip mərhələsindədir. Yəni, hələ üzərində işləyir, onu mükəmməlləşdirməyə çalışırıq.”

ClimatelaunchPad-ə qoşulmaq istəyənlərə buradan nə demək istərdin?

“Mən öz ideyama ClimateLaunchPad ilə başlayıb, məhsulumu burda inkişaf etdirmişəm. Demək istərdim ki, bu, qaçınılmaz fürsətdir. Əgər ideyanız varsa, dayanmıyın, Climatelaunchpad-ə qoşulun!”

Social Innovation Lab təəssüratları 

Reyhanın Rainergy layihəsini düşündükdə sevincimizi bölüşməməyimiz əlimizdə deyil. 

Sil.in əsas missiyalarından biri insanlığı təhlükə altına salan iqlim dəyişikliyinə səbəb olan, çirkli texnologiya təsirlərini azaltmağa kömək göstərən ideyalara dəstək olmaqdır. Biz əlimizdən gələni edirik ki, ekoloji problemlərin öhdəsindən gələn, bizim və dünyanın potensial uğuru olan gənc və parlaq ideyalara kömək edək.

Bütün bir Sil. olaraq, Reyhan kimi sahibkarları və sağlam gələcəyə vəd verən ideyaları maarifləndirmək və onları qlobal imkanlara çıxmağa kömək etməkdə çox həvəsliyik. Özünüzə inanmağınıza və ideyanıza şans verməyə heç vaxt çəkinməyin. Gördüyünüz kimi, Reyhan 14 yaşında olmağına rəğmən şansı əldən vermədi və ClimateLaunchPad-ə qoşuldu. Unutmayın ki, gələcək nəslin ətraf-mühit problemlərinin həlli sizin əlinizdə və hal-hazırkı Sil.-in təklif etdiyi şansları dəyərləndirməyinizdən asılıdır.

 

BİZİMLƏ ƏLAQƏ

Elə indi yazın!

Xidmətlərimiz haqqında daha çox məlumat istəyirsiniz?
Mütəxəssisimizlə söhbət etmək üçün formanı doldurun.

Gizliliyinizi qorumağa və hörmət etməyə borcluyuq və yalnız bizdən tələb olunan məlumatı təmin etmək üçün şəxsi məlumatlarınızdan istifadə edəcəyik. Burada Gizlilik Siyasəti ilə tanış olun.