Ahmad Rajabli 159, Saray Plaza, Baku, Azerbaijan
+994558356538
hi@sil.vc

Bizim Missiyamız.

Biz təşəbbüskarlara və təşkilatlara ideyalarını yeni uğurlu biznesə çevirməyə dəstək oluruq. Bunu isə, ideyaları püxtələşdirərək və istifadəçilərin çətinliyini həll edən məhsulu qurmaqla edirik.

Bizim Tərzimiz.

Biz məqsədyönlü və komanda ruhuna inanan bir qurumuq. Biz, fərdə hörmət göstərir, komandada bütövlülüyü tələb və yeniliyi təşviq edir, ən sonda da uğurumuzu qeyd edirik!  

_42A9114

Bizim Dəyərlərimiz

Təşəbbüskar

Biz hamımız təşəbbüskar, lider və işimiz üçün ilk addımı atan şəxslərik. Biz yeni şeyləri yoxlayır, qəbul edilən səddlərə meydan oxuyur və uğursuzluqdan çəkinmirik.

Yaradıcı

Biz yaradıcı və uzaqgörən ideyaları tətbiq etmək üçün bütün fürsətləri istifadə edirik. Təxəyyül gücümüzü işə salmalı olduğumuz hər fürsətdən güc alırıq. 

İcma

Bir icma olaraq bir birimizdən öyrənir, öz yoldaşlarımıza şəxsi və peşəkər həyatlarında inkişaf üçün kömək edirik. Biz, birliyimizin qədirini bilir, birlikdə işlədiyimiz hər bir fərdin ümumi hüquqlarına və dəyərlərinə hörmət edirik.

Şəffaf

Biz komandamız daxilində və tərəfdaşlarımızla əlaqələri gücləndirmək üçün bütün fəaliyyətimizi aydın kommunikasiya vasitəsilə tam şəffaqlıqla aparırıq.

Hesabatlı

Biz inanırıq ki, hesabatlılığın əsasını güvən və şəxsi məsuliyyət təşkil edir. Biz, gördüyümüz işin arxasında dururuq. Biz tərəfdaşlarımız və bir-birimiz üçün işimizə ən yüksək məsuliyyətlə yanaşırıq.

Davamlı Öyrənmə

Biz, səhv etməkdən heç vaxt çəkinmirik, çünki mütəmadi və davamlı öyrənməyin, ən əsas da, öz və başqalarının səhvlərindən və uğurlarından dərs almağın vacibliyini bilirik.

Sərbəst və İştirakçı

Komanda üzvlərimizi eyni vaxtlarda ofisimizdə əyləşən görməkdən mənmun olur və bunu dəyərləndiririk. Halbuki, harda, necə və nə vaxt işləməyi öz istəyinə uyğun qərar verən insanlarda isə performansın daha yüksək olduğunu müşahidə edirik. Bir maneə olmadığı təqdirdə, qrup halında - birlikdə işləməyi üstün tuturuq.

Ədalətli mükafat

Biz, komandamızın üzvlərini ədalətli əmək haqqı və fayda ilə təmin edir və komandamızın gözləntilərini üstələyənləri mükafatlandırırıq.

Qeyd və Əyləncə 

Biz xoşbəxtlik, əyləncə və arabir sərsəmliyin komanda üzvlərinin yaradıcılıq və yenilikçi enerjisinə təkan verdiyinə, daha səmimi və açıq bir iş mühiti yaratdığına və bizi daha da produktiv və həvəsli etdiyinə inanırıq. Ona görə də, hər fürsətdə qazandığımız ən kiçik uğuru belə qeyd edirik.

BİZİMLƏ ƏLAQƏ

Elə indi yazın!

Xidmətlərimiz haqqında daha çox məlumat istəyirsiniz?
Mütəxəssisimizlə söhbət etmək üçün formanı doldurun.

Gizliliyinizi qorumağa və hörmət etməyə borcluyuq və yalnız bizdən tələb olunan məlumatı təmin etmək üçün şəxsi məlumatlarınızdan istifadə edəcəyik. Burada Gizlilik Siyasəti ilə tanış olun.