Ahmad Rajabli 159, Saray Plaza, Baku, Azerbaijan
+994558356538
hi@sil.vc
Startap Hekayə

Startapımız BeBonobo Sinqapurda $20,000 dollar investisiya əldə etdi



Social Innovation Lab startaplarından biri, BeBonobo Sinqapurda beynəlxalq biznes akselerasiya proqramının ən yaxşı 6 startapı kimi 20,000 Sinqapur dolları (23,000azn) investisiya əldə edib.

BeBonobo uzun müddətdir Malayziyanın startap ekosistemində fəaliyyət göstərən və Social Innovation Lab şirkətinin də təsisçisi Cəsur Həsənov tərəfindən 2015-ci ildə qurulmuşdur. Sonradan komandasını quran həmyerlimizin komandasında hazırda Yəmən, Malayziya, Indoneziya və Azərbaycan olmaqla 4 fərqli ölkədən olan 6 nəfər fəaliyyət göstərir.

14680903_749625385169140_7769600106370560213_o

BeBonobo yaşının bir ildən az olmasına baxmayaraq müxtəlif beynəlxalq startap proqramlarında yüksək nəticələr göstərərək özünə 42,000 azn toxum investisiya cəlb etməyi bacarmışdır. Keçən cümə günü, 21 Oktyabr tarixində startapımız BeBonobo Sinqapurda 8 aydır davam edən YSE biznes akselerasiya proqramının qalibi olaraq 20,000 Sinqapur dolları (23,000azn) qazanmış və nailiyyətlərinə bir yenisini də əlavə etmişdir.

Xatırladaq ki, BeBonobo həmçinin Silikon Vadisindəki “Cleantech Open” akselerator programına seçilən və uğurla başa vuran 25 startapdan biri və cənub-şərqi Asiyanın ən prestijli akselerator proqramı MAP (MaGIC Accelerator Program) tərəfindən dəstəklənən 25 startapdan biridir.

BeBonobo nədir sualına cavab isə belədir ki, BeBonobo cari israfçı istehlak modelini pozaraq istehlakçıları şüurlu istehlaka təşviq edən onlayn şəbəkədir. İstifadəçilər sahib olduqları lakin istifadə etmədikləri əşyaları BeBonobo vasitəsilə başqa bir istifadəçiyə ötürərək yeni dostluqlar qururlar. Həmçinin sizə lazım olan əşyaya pul xərcləməzdən əvvəl BeBonobo hesabınızı yoxlayaraq heçbir ödəniş etmədən BeBonobo-da həmin əşyanı tapa bilərsiniz.

Ətraflı:

Website: www.bebonobo.com
Facebook: www.facebook.com/bebonobo
Twitter: www.twitter.com/bebonobo
Instagram: www.instagram.com/bebonobo
LinkedIn: www.linkedin.com/company/bebonobo

 

BİZİMLƏ ƏLAQƏ

Elə indi yazın!

Xidmətlərimiz haqqında daha çox məlumat istəyirsiniz?
Mütəxəssisimizlə söhbət etmək üçün formanı doldurun.

Gizliliyinizi qorumağa və hörmət etməyə borcluyuq və yalnız bizdən tələb olunan məlumatı təmin etmək üçün şəxsi məlumatlarınızdan istifadə edəcəyik. Burada Gizlilik Siyasəti ilə tanış olun.