Ahmad Rajabli 27B, Uber Plaza, Baku, Azerbaijan
+994558356538
hi@sil.vc
Araşdırma

Yaradıcı Sənayelər üzrə 15 seçilmiş startap və Azərbaycanda fürsətlər



Yaradıcı sənaye deyildiyi zaman ağıla gələn sahələr musiqi, film, animasiya, rəssamlıq, heykəltəraşlıq, memarlıq, dizayn və bunlar kimi insanları həm yüz illərlə əvvəl, həm də bugün ilhamlandıran və əyləndirən sahələr gəlir. Bəs bu sahələr müasir dövrdə texnologiyanın verdiyi imkanlar ilə necə dəyişib? Buna cavab olaraq sadalanan sahələrin əksəriyyətini əhatə edən və həmin sahələr üzrə inqilabi yeniliklər və innovasiyalar gətirən, son bir neçə ildə böyük uğur qazanmış dünyanın fərqli tərəflərindən seçilmiş 15 startapı sizə tədqim edirik.

Texnologiya bu sahələri müxtəlif istiqamətdə dəyişsə də, dəyişməyən bir şey var – o da insanların yaradıcı sənayeyə olan marağı və rəğbəti. Gəlin list ilə tanış olaq:

1.  https://spacemaker.ai/

Spacemaker – Oslo mərkəzli startapın missiyası süni intellekt vasitəsilə daha yaxşı şəhərlər dizayn etməkdir. Startapın texnologiyası şəhərsalma işçilərinə, inşaat mütəxəssislərinə və memarlara çox sayda təklif araşdırmağa və ən yaxşısını seçməyə imkan verərək bir bina sahəsinin potensialından tam yararlanmağa kömək edir. Bələdiyyələr və inşaat mütəxəssisləri dünyanın sürətlə böyüyən şəhərlərini daha səmərəli və sıx şəkildə inşa edə bilsinlər deyə Spacemaker memarlıq, riyaziyyat, fizika və maşın öyrənmə də daxil olmaqla bir çox sahənin təcrübəsini özündə birləşdirir və istifadəçilərə yaradıcı, yüksək keyfiyyətli sahə təklifləri verir. 2016-cı ildə qurulan Spacemaker Oslo, Stokholm, Barselona və Bostonda ofisləri var və şirkətin fəaliyyətini sürətləndirmək, məhsulunu, mühəndislik və ticarət qruplarını inkişaf etdirmək üçün bu yaxınlarda A Seriya dövriyyəsini 22 milyon avroya qaldırdı.

2.  https://theculturetrip.com/

Culture Trip – səyahət, media və əyləncə sahələrində fəaliyyət göstərən qlobal bir startapdır. Şirkət bir məkanın, onun sakinlərinin və mədəniyyətinin unikallığını izah edən hekayələr yaradır. Onların yaradıcı və redaksiya qrupları məqalə, video, fotoşəkil, illüstrasiya və animasiya vasitəsilə məkana aid hekayələri danışmaq üçün freelancer-lərdən ibarət qlobal bir şəbəkə ilə işləyirlər. Culture Trip insanlara səyahətlərini planlaşdırmaq, mədəni hüdudlarından kənara çıxmaq və ətrafındakı dünya ilə əlaqə yaratmaq üçün ilham vermək istəyir.
Qeyd: Ümumi maliyyələşdirmə məbləği 102 milyon ABŞ dollarıdır.

3. https://discover.film/

Discover.film komandası qlobal media, texnologiya və data baza biznesi uğurlu təcrübəsi olan rejissorlar, məzmun üzrə mütəxəssislər və sahibkarlardan ibarətdir. Discover.film qısametrajlı filmlərin daha geniş qlobal auditoriya tərəfindən görülməsinə imkan yaradır və rejissorlara maliyyə toplama imkanları tapmağa kömək edir. Bu startap distribyutorlar üçün qısametrajlı filmlərin geniş bir kitabxanasını təqdim edir və fərqli demoqrafiya məkanlarında məşhur ola biləcək məzmuna lisenziya verə bilir. Lisenziyalı məzmun üçün Discover.film musiqi və digər hüquqları təmin edir. Məzmun, TV, mobil və internetdə mövcud olan OTT platformalarında real auditoriya ilə əvvəlcədən sınaqdan keçirilir.

Qeyd: Ümumi maliyyələşdirmə məbləği 2,5 milyon ABŞ dollarıdır.

4. https://www.sofarsounds.com/

Sofar Sounds – hələ 2009-cu ildə Rafe Offer 8 (səkkiz) dostunu Londondakı mənzilinə musiqiçi dostu Dave Alexander-in ifasında canlı musiqi konsertinə dəvət edəndə yaranıb. Onlar yerdə oturub musiqi dinləyərək dincəlirdilər. O vaxtdan etibarən, bu konsepsiya sənətçilər və tamaşaçılar üçün əlavə sürpriz elementi ilə bənzərsiz və qonaqpərvər məkanlarda görüşmək – paylaşmaq, kəşf etmək, yaratmaq və yol boyunca yeni sevimli qruplarını tapmaq üçün qlobal bir cəmiyyət halına gəldi. Bu gün Sofar Sounds, dünyanın 444 şəhərində hər ay yüzlərlə gizli tədbirlər keçirərərk minlərlə sənətçi, aparıcı, pərəstişkarları, səyahətçiləri və daha çox insanı topladı.
Qeyd: Ümumi maliyyələşdirmə məbləği 38.1 milyon ABŞ dollarıdır.

5. https://near.st/

NearSt-in müşahidələrinə əsasən “83% alıcılar yaxın bir mağazada bir əşyanın olduğunu bilsələr, onlayn deyil, mağazada birbaşa alış-veriş etməyi üstün tutarlar.” Bu tələbi ödəmək üçün, 2015-ci ildə Nick Brackenbury və Max Kreijn, prosesi sadə olan və yaxınlıqdakı dükanları göstərən bir mağaza axtarış sistemi hazırlamağa qərar verdilər. NearLive texnologiyası sayəsində istifadəçi hər hansı bir dükan inventar sisteminə qoşulur və xam ehtiyat keyfiyyətli canlı inventara çevrilir. NearSt, Real-Time Yerli İnventarlaşdırma məlumatları və moda texnologiyasının dünyanın pərakəndə satış barədə düşüncəsini dəyişdirəcəyini düşünür.
Qeyd: Ümumi maliyyələşdirmə məbləği 3,2 milyon funt sterlinqdir.

6. https://newstorycharity.org/3d-community/

New Story – texniki baxımdan qeyri-kommersiya olan, mənzil sektorundakı səyləri ilə memarlıq sərhədlərini genişləndirir. Keçən il New Story, Icon şirkətinin hazırladığı strukturlu 3D printerdən istifadə edərək Meksikada ilk icazəli 3D çap evlərinin hazırladı. Eyni zamanda New Story bütün dünyada xidmət görməyən cəmiyyətlərdə evlərə kod yazmaqla məşğuldur.

7. https://www.songclip.com/

SONGCLİP – Universal, Warner və Sony markalarından olan lisenziyalı mahnı parçaları ilə paylaşımlarınızı növbəti səviyyəyə qaldırmağa kömək edir. Instagram və TikTok kimi sosial şəbəkələr lisenziyalı musiqini funksiyalat siyahısına daxil etmişdir və Songclip qalan boşluğu mətnlər, tanışlıq tətbiqləri və digər alətlərlə doldurmaq istəyir. Songclip API – interfeysi vasitəsi ilə istifadəçilər Warner Music Group, Sony Music və Universal Music Group daxil olmaqla böyük markalarım təqdim etdiyi sənətkarların kataloqundan bir mahnı seçib mesajlarına əlavə edə bilərlər. Nəticə: musiqi axtarışı üçün yeni bir vasitə və daha maraqlı bir mətn mesajı.
Qeyd: Ümumi maliyyələşdirmə məbləği 11,9 milyon ABŞ dollarıdır.

8. https://artomatix.com/

Artomatix – Bu İrlandiya startapı süni intellekt vasitəsilə ilə 3D dizaynının gələcəyini formalaşdırır. Bu proqram təminatı 3D məzmunun yaradılması prosesinin bir çox aspektini avtomatlaşdırır və bununla da istehsal müddətini 80% azaldır. 2014-cü ildə “dünyanın ilk 3D sənət mühərrikini” yaradıcılığa yaxınlaşdırmaq məqsədilə yaradılan Artomatix film və video oyun sənayesində, sənaye prototipləmə və ya interyer dizaynda mümkün tətbiqlər ilə təxminən 10 milyon avro toplamışdır.

Qeyd: Ümumi maliyyələşdirmə məbləği 10.8 milyon avrodur.

9. https://www.robotmuralist.com/

Robotmuralist – Albert adlı divar dırmaşan robot hazırlayıb və bu robot istənilən ölçüdə şəkilləri istənilən səthə çəkə bilir. Həm ev şəraitində çalışanlara, həm də küçə sənətçilərinə istifadə üçün hazırlanan sprey printer, istənilən dizaynı xərc və vaxt baxımından səmərəli şəkildə divar sənətinə çevirə bilir. Tartu və Silikon Vadisi xaricində yerləşən TechChill Pitching Competition 2017 qalibi şəhərlərin qalereya halına gəlməsinə kömək edir və insanların xoşbəxtliyinə və rifahına töhfə verir.

10. https://www.tiqets.com/en/

Tiqets – 2014-cü ildə qurulan, insanların sənətə çıxış yolunu dəyişdirən bir Holland startapıdır. Onların mobil sifariş platforması insanlara dünyanın hər yerində muzey və turistik yerlərə bilet sifariş etməklə yanaşı məkanların qlobal auditoriyaya çatmasına və mobil texnologiyalardan istifadə edərək müştəri təcrübələrini inkişaf etdirməsinə imkan yaradır. 45.5 milyon dollar maliyyələşmə ilə Tiqets 140 şəhərdəki mövcud 2,000-dən çox olan məkan sayını çoxaltmağa ümid edir.

Qeyd: Ümumi maliyyələşdirmə məbləği 105.5 milyon ABŞ dollarıdır.

11. http://radio.garden/

Radio Garden – Hollandiya Səs və Video İnstitutu (Martin Luther Universitetinin nəzarəti altında) tərəfindən 2013-cü ildən 2016-cı illərdə inkişaf etdirilən kommersiya şirkəti olmayan bir Holland radio və rəqəmsal tədqiqat layihəsidir. Bu startap Transmilli Radio Bilik Platforması və digər beş Avropa universiteti tərəfindən hazırlanmışdır. HERA tərəfindən maliyyələşdirilir. Məqsəd radio vasitəsilə sərhədlərini genişləndirməkdir. 2016-cı ildə 8.000-dən çox stansiya qeydə alındıqda populyarlıq qazandı və 2016-cı ilin Radio Konfransında elan edildiyi kimi, virus kimi yayıldı.

12. https://www.jukely.com/?utm_source=BuiltinNYC

Jukely – 2012-ci ildə Andrew Cornett and Bora Celik tərəfindən təsis olunan bu mobil tətbiq musiqi sahəsində bir yenilik hesab olunur. Bu tətbiq abunə xidməti ilə ayda cəmi 25 dollar ödəyərək hər həftə fərqli bir konsert görmək şansı yaradır. Jukely saytı və mobil tətbiqi hər həftə ən yaxşı konsertlər siyahısı yaradır və üç gün əvvəl qonaq siyahısında yerinizi almağa imkan verir.

13. https://blend.io/?utm_source=BuiltinNYC

Blend.io – Alex Kolundzija tərəfindən New York şəhərində musiqini sevən və istehsal edən texnoloqlar tərəfindən qurulmuşdur. Blend.io ilə musiqiçilər və prodüsserlər musiqi parçalarını paylaşa və əməkdaşlıq etmək üçün digər musiqiçilərlə əlaqə qura bilir. Blend.io, dünyanın harasında olmağınızdan asılı olmayaraq musiqi sənətçilərinə əməkdaşlıq etməyə kömək edir. Blend.io-nu musiqiçilər üçün GitHub olaraq qəbul olunur – hazırlanmaqda olan işləri bölüşmək, təzə parçaları tapmaq və ən son musiqi yenilikləri haqqında fikir bildirmək üçün virtual məkan.

14. http://largo.ai/

LargoAI – Lozanna şəhərində yerləşən İsveç bir film startapıdır. Bu startap film çəkmək üçün məlumatları idarə edən strategiyaları təmin edən bir proqramdır. LargoAI ssenaridən başlayaraq, filmin istehsalı və yayım müddətindədək izləyicilərin reaksiyasını təxmin etməyə kömək edə bilir. LargoAI, 2019-cu ildə Zinemaldia & Technology Startup Challenge adlı San Sebastian Film Festivalının ilk mükafatını qazandı.

15. https://cuseum.com/

Cuseum – muzeylərə ziyarətçi cəlb etməklərinə kömək etmək üçün fərqli strategiyalardan istifadə edən bir şirkətdir. Cuseum platforması sənət təcrübəsini artırmaq üçün sosial, cəlbedici mobil tətbiqlərdən istifadə edir. 2014-cü ildə ABŞ-da əsası qoyulan şirkət çox sayda muzey və qalereya və hətta Ağ Ev kimi əhəmiyyətli yerləri ilə işləmişdir.

Ölkəmizdə yaradıcı sənayedən olan startapların inkişafı üçün Social Innovation Lab 2018-ci ildən etibarən, yaradıcı sənayelər üzrə dünyanın ən böyük proqramı olan Danimarka əsaslı Yaradıcı Biznes Kupası (Creative Business Cup) proqramını Azərbaycanda hər il həyata keçirir. Ötən müddət ərzində bu proqramda ölkəmizdən olan Balta animasiya, Eleven Kings, Uviba, Hoqqa Kart Oyunu kimi müxtəlif yaradıcı sənaye startapları iştirak etmiş və 3 startap Azərbaycanı Danimarkada keçirilən Dünya Finalında uğurla təmsil etmişdir.

Hazırladı: Nərminə Balabəyli, Türkan Muradova

 

BİZİMLƏ ƏLAQƏ

Elə indi yazın!

Xidmətlərimiz haqqında daha çox məlumat istəyirsiniz?
Mütəxəssisimizlə söhbət etmək üçün formanı doldurun.

Gizliliyinizi qorumağa və hörmət etməyə borcluyuq və yalnız bizdən tələb olunan məlumatı təmin etmək üçün şəxsi məlumatlarınızdan istifadə edəcəyik. Burada Gizlilik Siyasəti ilə tanış olun.