28 May, Khatai ave 16, Baku, Azerbaijan
+994772099700
hi@sil.vc

Loading Events

« All Events

  • This event has passed.

UTECA Startup Kampı – Gəncə

February 27 @ 9:00 am - February 28 @ 5:00 pm

Azərbaycan Texnologiya Universiteti – Startup Kampı

“Startup Bootcamp” nədir?

“Startup Bootcamp” təşəbbüskarlara, ixtiraçılara və elm adamlarına “Design Thinking” (dizayn yanaşması) və “Lean Startup” (yalın startap) kimi metodikalardan istifadə etməklə öz innovativ biznes fəaliyyətlərinə başlamağın ən vacib vasitə və texnikalarını öyrədən iki günlük praktiki təlim proqramıdır.

Indi qeydiyyatdan keçin və proqrama seçiləcək 30 iştirakçıdan biri olun: Burada qeydiyyatdan keçin https://silbaku.typeform.com/to/hoQoVG və ya +99477 2099700 nömrəsinə zəng edin.

“Tez yıxıl, daha tez öyrən” şüarına əsaslanan proqramda iştirakçılarımız gələcək layihələrində tətbiq edə biləcəkləri alətlər və metodlar əldə edərək bir gün ərzində praktiki bacarıqlar qazanacaqlar.

İştirakçılar kampının sonunda qurduqları yeni innovativ biznes layihəsini startap ekosistemindən olan ekspertlərə təqdim edəcəklər. Qalib komandalar Sil. tərəfindən (Bakı və Gəncədə keçiriləcək) 10 həftəlik inkubasiya proqramına qəbul olunacaqlar.

Eyni zamanda Azerbaycan Texnologiya Universitetində inkubasiya xidməti alacaq (ofis, 3 nəfərlik iş masası, komputer, internet, PR və şəbəkə dəstəyi).

KİMLƏR İŞTİRAK EDƏ BİLƏR?

Müraciətlər hərkəsə açıqdır!

– Təşəbbüskarlar və Sahibkar olmaq istəyənlər
– Gənc Peşəkarlar
– Sosial İşçilər
– Məzunlar və Universitet Tələbələri

GÜNDƏLİK

Boot Camp gündəlik: Gün 1 (9:00 – 18:30)

9:00 – 9:30: Startup/Akselerasiya Əsasları – Airbnb, Uber, Otmilk.
9:30 – 10:30: Modul 1 (təxminən 1saat): Təsisçilərin Xəyalı
Sizi və komandanızı bu işi görməyə nə motivasiya edir? Bu sizin biznes ideyanıza və gələcək şirkətinizin vizyonuna necə uyğun gəlir?

10:30 – 10:45: Çay Fasiləsi

10:45 – 11:45: Modul 2 (təxminən 1 saat): Sövdə
Kimə, hansı qiymətə nə satırsınız?

11:45 – 12:15: Modul 3a (təxminən 1,5 saat): Market Segmentasiyası
Hansı mümkün bazarlar sizin potensial alıcınız ola bilər?

12:15 – 13:00: Nahar

13:00 – 14:00: Modul 3b (təxminən 1 saat): İlkin Market Seqmenti Seçimi
Sizin ideyanızla daxil olmaq üçün ən yaxşı ilkin bazar seqmenti hansıdır?

14.00 – 15:45: Module 4 (təxminən 1,5 saat): Müştəriyə dəyər təklifinin dizaynı
Təklifiniz müştəriniz üçün nə qədər dəyər yaradır?

15:45 – 17:00: Modul 5 (təxminən 1,15 saat): Maliyyə və Açar Maliyyə Elementləri
Necə pul qazanırsınız? Açar Maliyyə Elementləri hansılardır?

17.00 – 17.15: Çay Fasiləsi

17:15 – 18:00: Modul 6 (təxminən 45 m): Sosial Təsiri
Ən yüksək sosial təsiriniz haradadir?

18.00 – 18:30: Start-up Talk
(Komandalar da bu dəfə slaydlarında işləmək üçün istifadə edə bilərlər.)
ClimateLaunchpad Azerbaijan 2017 və 2018 Finalistləri BioBoneOtmilk tərəfindən startup hekayəsi sessiyası!

Boot Camp gündəlik: Gün 2 (8:30 – 18:30)

8.30 – 8.45: 1-ci günün qısa qeydləri

08:45 – 10:15: Modul 7 (təxminən 1.5 saat) Rəqabət üstünlüyü
Müştərilərin əldə saxlanılması, Təchizatçılar, müştərilər və istədiyiniz və ya edə biləcək digər əqli mülkiyyət

10.15 – 10.30: Çay Fasiləsi

10:30 – 11:30: Module 9 (təxminən 1 saat): Potensial müştərilərlə danışıq metodları
Yaxşı bir müştəri müsahibəsi necə edilməlidir?

11:30 – 13:00: Module 9 (təxminən 1,5 saat): İnvestor Təqdimatının Hazırlanması
Komandalar təqdimatlarını yekunlaşdırmaq üzərində işləyirlər

13:00 – 14:00: Nahar

14:00 – 15:00: Module 9 davamı (təxminən 1 saat): İnvestor Təqdimatının Hazırlanması
Komandalar təqdimatlarını yekunlaşdırmaq üzərində işləyirlər

15:00 – 16:30: Module 10 (təxminən 1,5 saat): Final Təqdimatlar
Komandalar öz startuplarını ekosistemin ekspertlərindən ibarət Jürilərə təqdim edirlər və qalib startuplardan olmaq üçün yarışırlar.

16:30 – 17:00 Final (təxminən 0,5 saat): Qaliblərin elan edilməsi, Fotosessiya, Kampın sonu

İŞTİRAKÇILAR NƏLƏR ƏLDƏ EDƏCƏK:

– Öz startaplarını qurmaq üçün vacib alətlər və bacarıqlar qazanacaq;
– Qazandıqları bilikləri praktiki olaraq istifadə edərək eyni gündə ilk innovativ biznes layihəsi modelini quracaq;
– Ekspertlər və bu sahədə uğur qazanmış gənclərlə tanışlıq əldə edəcək;
– Bütün iştirakçılara “Lean Startup Practitioner” sertifikatı veriləcək;
– Qalib komandaların bütün üzvlərinə qalib sertifikatı veriləcək;
– Tədbir ərzində istifadə olunan materialları bütün iştirakçılar əldə edəcək;
Sil. Card üzvlüyünə 20% endirim əldə edəcək.

Ən əsası, həyatınızda ən çılğın, ən məhsuldar və əyləncəli şənbə günü olacağına söz veririk!

NƏ VAXT VƏ HARADA?

“UTECA Ideation Bootcamp” 27 – 28 Fevral, 2019 tarixlərində, Azərbaycan Texnologiya Universitetində (Gəncə) təşkil olunacaq və 2 tam gün davam edəcək.

YEMƏK VƏ İÇKİLƏR?

Kamp proqramının hər iki gününə gündəlik nahar yeməyi və 2 çay fasiləsi daxildir.

“UTECA IDEATION BOOTCAMP”IN TƏŞKİLATÇISI KİMDİR?

Tədbir Azərbaycan Texnologiya Universiteti və Sil. sahibkarlıq mərkəzi tərəfindən birgə təşkil olunur.

TƏLİMÇİ və MENTORLAR
Kampın əsas təlimçi komandası:

Sil. – in təsisçisi Jasur Hasanov, Sil. – in Rəqəmsal Kontent Mərkəzinin rəhbəri Huseyn Zeynalov;
Otmilk (ClimateLaunchpad Azerbaijan 2018 Finalisti) startupının təsisçiləri Konul QadimliIsa Ibrahimli;
BioBone (ClimateLaunchpad Azerbaijan 2017 Finalisti) startupının təsisçilərindən Farah Gasimova və digər startup təcrübəli mentorlardan ibarət olacaqdır.

İŞTİRAK HAQQI NƏ QƏDƏRDİR?

Proqramda iştirak ödənişsizdir və proqrama yalnız 30 iştirakçı qəbul olunacaqdır! Odur ki, proqrama qeydiyyata tələsin!

NECƏ QEYDİYYATDAN KEÇMƏLİ?

Bu linkdən https://silbaku.typeform.com/to/hoQoVG qeydiyyatdan keçin və ya +99477 2099700 nömrəsinə zəng edin.

Details

Start:
February 27 @ 9:00 am
End:
February 28 @ 5:00 pm

Organizer

Social Innovation Lab
Phone:
+994558356538
Email:
hi@sil.vc
Website:
www.sil.vc

Venue

Azərbaycan Texnologiya Universiteti
103 H. Aliyev Avenue, Ganja 2011
Gəncə, Azerbaijan
+ Google Map