Ahmad Rajabli 159, Saray Plaza, Baku, Azerbaijan
+994558356538
hi@sil.vc

"Newspace" Biznes Akselerator

“Newspace” Biznes Akselerator kosmik xidmətlər və yaxın sahələrdə innovasiya üzrə layihə və məhsulların investisiya-maliyyə vəsaitlərinə və bazara çıxışının asanlaşdırılmasına dəstək verir.

4 aylıq professional akselerasiya proqramına qəbul olan 10 startap öz məhsullarını proqramın təklif etdiyi 100.000 manat dəyərində biznes dəstək paketi (peyk resursları, texniki və biznes dəstək resursları, iş məkanı və s.) vasitəsilə inkişaf etdirmək, proqram sonunda toxum investisiya əldə etmək (1-ci yer 10.000 manat, 2-ci yer 5.000 manat, 3-cü yer 3.000 man), proqram tərəfdaşları və investorlarla müqavilə imzalamaq, beynəlxalq texnologiya-innovasiya sərgi və konfranslarında iştirak etmək imkanı əldə edirlər.

Proqram özünün öyrədici strukturuna, sahə üzrə spesifik problemlər (və ehtiyaclar) əsasında qurulan yanaşmasına, təklif etdiyi resurs paketinə və əhatəsinin genişliyinə görə proqrama qəbul olunan startaplara və ideya müəlliflərinə 4 ay ərzində vacib inkişaf xətti təklif edir. Bundan əlavə, proqram sonunda ən yaxşı 3 startap proqramın onun tərəfdaşları ilə müqavilə imzalamaq imkanı əldə edir.

Kimlər bu proqram da iştirak edə bilər?

Kosmik xidmətlər və yaxın sahələrdə innovasiya əsaslı ideya, layihə və məhsullara malik və sahibkar ruhlu hər bir şəxs bu proqrama qatıla bilər. Tələbə, sahibkar, startapçı, müəllim, tədqiqatçı və s. peşəsindən asılı olmayaraq “Newspace” proqramı bu sahəyə maraq göstərən hərkəs üçün açıqdır.

Hansı ideyalarla müraciət etmək olar?

Proqramın müəyyən etdiyi ehtiyac və ya problemlərdən istənilən birinə və ya kosmik xidmətlər və yaxın sahələrdə hər hansı bir yaradıcı layihə və ya ideya ilə müraciət edilə bilər. Həlliniz proqramın müəyyən etdiyi ehtiyac və ya problemlərdən heç birinə uyğun gəlmədiyi təqdirdə Açıq kateqoriya üzrə müraciətinizi göndərə bilərsiniz.

Proqramın strukturu

"Newspace" 3 əsas mərhələdən ibarətdir:

Mərhələ 1: Kamp (Bootcamp)

Müraciətlərə əsasən, “Newspace” proqramına qəbul olunan 10 startap komandası / layihəsi "Social Innovation Lab" - in mentor komandası tərəfindən 10 modul üzərində keçirilən 2 tam günlük intensiv kampda iştirak edirlər. Burada iştirakçılar innovativ məhsulun qurulması prosesində ən vacib bilikləri praktiki olaraq öz layihələri üzərində tətbiq edərək öyrənirlər.

Mərhələ 2: İntensiv Akselerator Proqramı

İki günlük bootcamp bitdikdən sonra komandalar 16 həftəlik intensiv akselerator proqramına başlayırlar. Burada komandalar ekspertlər tərəfindən proqramın müəyyən etdiyi vacib texniki və biznes konseptləri üzərində praktiki işləyir, layihələrinin ilkin işlək versiyasını hazırlayır, satış, əqli mülkiyyət və digər vacib addımları yerinə yetirərək proqres edirlər.

Mərhələ 3: Demo Günü

İntensiv Akselerator Proqramından sonra komandalar yerli və beynəlxalq ekspertlərin və investorların da iştirak etdiyi münsiflər qarşısında öz məhsullarını təqdim edirlər.

Mükafatlar

Proqrama qəbul olunan 10 startap 4 aylıq professional akselerasiya proqramı çərçivəsində öz layihələrini proqramın təklif etdiyi 100.000 manat dəyərində biznes dəstək paketi (peyk resursları, texniki və biznes dəstək resursları, iş məkanı və s.) vasitəsilə inkişaf etdirərək, proqram sonunda toxum investisiya və proqram tərəfdaşları və investorlarla müqavilə imzalamaq imkanı, beynəlxalq texnologiya-innovasiya sərgi və konfranslarında iştirak etmək imkanı uğrunda yarışırlar.

Toxum investisiya (ilkin) məbləğlər:

  • Birinci yer: 10.000 manat,
  • İkinci yer: 5.000 manat,
  • Üçüncü yer: 3.000 manat.

Qalib 3 startap beynəlxalq texnologiya-innovasiya sərgi və konfranslarında iştirak edərək öz məhsullarını xarici bazara təqdim etmək imkanı əldə edirlər.

Qaliblər eyni zamanda innovativ layihələrin real bizneslərə çevrildiyi 6 aylıq “scale up” proqramına qəbul olunurlar. Burada startaplar proqramın tərəfdaşları ilə imzalanmış müqavilələrə əsasən peşəkar istehsal və ilkin satış həyata keçirirlər.

Suallarınız olarsa, “Social Innovation Lab” facebook səhifəsinə yaza və yaxud +994558356538 nömrəsinə zəng vuraraq suallarınızı verə bilərsiniz.

BİZİMLƏ ƏLAQƏ

Elə indi yazın!

Xidmətlərimiz haqqında daha çox məlumat istəyirsiniz?
Mütəxəssisimizlə söhbət etmək üçün formanı doldurun.

Gizliliyinizi qorumağa və hörmət etməyə borcluyuq və yalnız bizdən tələb olunan məlumatı təmin etmək üçün şəxsi məlumatlarınızdan istifadə edəcəyik. Burada Gizlilik Siyasəti ilə tanış olun.